Yeni çip smartfonları daha sürətli və “ağıllı” edəcək 2018-02-19 11:00:00 / MARAQLI MƏLUMATLAR

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun alimləri neyron hesablamalar üçün çip hazırlayıblar. Yeni çip məhdud avtonom işləmə imkanına malik qurğularda (smartfon və planşetlər) istifadə üçün nəzərdə tutulub. Onun köməyilə maşın təlimi məsələlərinin işlənməsinə sərf edilən enerjinin sərfiyyatı 95 faiz azalacaq.

4pda.ru saytının məlumatında bildirilir ki, neyron şəbəkələr böyük məlumat massivlərini emal etməyə imkan verir. Lakin bunun üçün böyük hesablama gücü və enerji tələb olunur. Bu səbəbdən müasir smartfonlarda neyron şəbəkələrin imkanları son dərəcə məhduddur. Yeni çip daha az enerji sərf etməklə, neyron hesablamaların sürətini 3-7 dəfə artırır.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024