“Qualcomm” şirkətinin mütəxəssisləri ən sürətli 4G-modem hazırlayıblar. Qurğunun iş prinsipi 7 nanometrlik texnoloji prosesə əsaslanır.
vladtime.ru saytının məlumatında bildirilir ki, “Snapdragon X24 LTE” adlı modem 20 LTE kateqoriyasında işləyən ilk qurğu hesab edilir. Modemin yüklənmə sürəti 2 Gbit/san təşkil edir. Qurğunun sürəti fiber-optik kabelin göstəricilərini iki dəfə ötür. Çip müasir “MIMO” və “Licensed Assisted Access” standartlarını dəstəkləyir.
İstehsalçıların sözlərinə görə, “Snapdragon X24 LTE” əsl texnoloji sıçrayışdır. İstifadəçiləri böyük sürətlə təmin edən çip olduqca kiçik ölçüləri ilə fərqlənir. Hələ ki, qurğunun satışa çıxarılma tarixi və qiyməti barədə məlumat verilmir.