Hesablama resurslarının gücü və məhsuldarlığı kifayət qədər olmadığından, 1943-cü ilin əvvəllərində kibernetiklər yeni hesablama qurğusunun konsepsiyasını – ENIAC I kompüterini hazırlamağa başladılar. Beləliklə, 14 fevral tarixə kompüter sahəsində fəaliyyət göstərən mütəxəssislərin peşə bayramı kimi düşdü.
calend.ru saytının məlumatına görə, 14 fevral bütün dünyada kompüter mütəxəssislərinin qeyri-rəsmi peşə bayramıdır. 1946-cı ilin məhz bu günü elm dünyasına ilk ENIAC (Electrical Numerical Integrator And Calculator) elektron kompüteri nümayiş etdirilmişdi. Buna qədərki kompüterlər yalnız prototiplər və eksperimental variantlar idisə, ENIAC praktiki olaraq ilk real işləyən kompüter oldu.
Bu hesablama maşınının hazırlanması ABŞ ordusu tərəfindən maliyələşdirilmişdi. Kompüter orduya hərbi hesablamalar, planlaşdırma və proqramlaşdırmanın həyata keçirilməsi üçün lazım idi. 2 oktyabr 1955-ci ildə ENIAC I 23 saat 45 dəqiqə işlədikdən sonra fəaliyyəti dayandırılmışdı.