“Intel” şirkəti 14 modelin daxil olduğu “Xeon D-2100” prosessorlarının yeni istehsal xəttini təqdim edib. Seriya çipləri məlumatları rəqib modellərlə müqayisədə 8 faiz tez emal edir.
life.ru saytının məlumatında bildirilir ki, 14 nanometrlik texnoloji proses üzrə istehsal edilən prosessorlar “Intel Turbo Boost 2.0 Technology”, “Intel Hyper-Threading Technology” və “Intel Speed Shift Technology” texnologiyalarını dəstəkləyir. İstehsal xəttində böyük model tezlikləri 1600 MHs-dən 2200 MHs-dək artan 18 nüvəyə malikdir.
Çiplər ümumi operativ yaddaş tutumu 512 Gb-a bərabər “DDR4” kontrollerlərini, “PCI Express 3.0”, “SATA 3.0” və “USB 3.0” interfeyslərini dəstəkləyir. İstehsal xəttində ən ucuz prosessorun qiyməti 502 dollar, ən bahalı prosessorun (Xeon D-2191) qiyməti isə 2407 dollar təşkil edir.