“İnstagram”ın yaradıcıları bu sosial şəbəkədə videozəng funskiyasının çatışmadığı qənatinə gələrək, müəyyən tədbirlər görüblər. Hazırda mütəxəssislər videozəng funksiyasını qapalı rejimdə sınaqdan keçirməyi planlaşdırırlar.
planet-today.ru saytının məlumatına görə, “Instagram”ın mobil əlavəsinin aktual versiyasında videozəng funksiyası daha tez istifadəyə verilə bilər. Belə ki, əgər proqram təminatını incələsək, orada artıq videozəngin ilk elementlərinə rast gələ bilərik.
Yeni funksiya birbaşa xəbərlər blokuna əlavə olunacaq. Hər bir konkret istifadəçinin kontakt siyahısında kamera ikonu yer alacaq. Bu yeniliyin tam olaraq nə vaxt hazır olacağı isə hələ ki, bəlli deyil.