“Robomat” şirkəti kiçik avtomatlaşdırılmış kioskdan ibarət sürücüsüz elektrik furqonunu təqdim edib. Bu kimi furqonlardan istifadənin lazımi yerlərə zəruri predmetləri apararaq, mağazalar şəbəkələrinə yeni stasionar nöqtələrin açılışında qənaət etməyə imkan verəcəyi bildirilib.
hi-news.ru saytının məlumatına görə, istehsalçılar layihənin gələcəkdə məhsulların çatdırılması sahəsində “Amazon” kimi rəqib çatdırılma xidmətlərini üstələyəcəyinə əmindirlər. Robot kiosk yollarda lidarlar, radarlar və müxtəlif məsafələrdə görməyə imkan verən kompüter görməsi sisteminin köməyilə hərəkət edəcək.
Bu kimi avtomatlaşdırılmış mağazalar vasitəsilə alış-veriş etmək asan olacaq: müştəri onu maraqlandıran məhsulu əlinə götürdükdə lazımi məbləğ smartfonda quraşdırılmış xüsusi proqram vasitəsilə bank kartı hesabından silinəcək. Müştəri məhsulun qiyməti, qablaşdırılma tarixi və tərkibi haqqında informasiyanı vitrinlərdən oxuya biləcək. Sürücüsüz elektrik furqonunun qiyməti hələ ki, açıqlanmır.