Kağızı süni dəriyə çevirən printer təqdim edilib 2018-01-11 16:00:00 / TEXNOLOJİ YENİLİKLƏR

“CES 2018” istehlak elektronikası sərgisində kağızı süni dəri, daş, ağac və qabarıq parçaların imitasiyasına çevirən yeni “Casio Mofrel” sistemi təqdim edilib.

futurist.ru saytının məlumatına görə, çap üçün xüsusi kağızdan istifadə olunur. Hər bir vərəqin qiyməti təxminən 10 dollar təşkil edir və adi kağızdan daha qalındır. O, xırda toz şəklində karbon molekullarından təşkil olunmuş bir neçə qatdan və üzərində adi şırnaqlı mürəkkəblərin köməyilə çap etmək mümkün olan üst qatlardan ibarətdir.

“Photoshop” proqramı üçün xüsusi plaqindən istifadə etməklə, ağ-qara təsvirin çapı ilə tekstur yaradılır. Sonra infra-qırmızı işıqla emal edilməsi üçün yenidən “Mofrel” printerinə yerləşdirilir. Kağızın tünd hissələri üst qatı yuxarı dartmaqla, əlavə qat yaradaraq karbonun mikroskopik hissəciklərini genişlənməyə məcbur edən işığı udur. Sonra kağız printerin digər tərəfinə yerləşdirilir ki, burada çap prosesi adi mürəkkəblərlə rəng əlavə edilərək başa çatır.

Bu texnologiyadan, məsələn, avtomobilin interyerinin yaradılması zamanı istifadə etmək olar. Belə ki, teksturlaşdırılmış parçanı faktiki vinildən vizual olaraq fərqləndirmək çox çətindir. “Mofrel” printerinin qiyməti 50 min dollar təşkil edir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024