Son zamanlar hər bir sahədə olduğu kimi, selfi sənayesində də yeni tendensiyalar müşahidə olunur.
Bu yaxınlarda havada üç dəqiqə ərzində HD-şəkillər çəkə bilən “Air Selfie Drone” təqdim olunub. Alüminium korpusa malik kompakt və mobil dron anti vibrasiyalı amortizator, 5-meqapiksel kamera və videoaxını saniyədə 30 kadr tezliklə 1080p translyasiya etmək imkanı ilə təchiz edilmişdir.
popmech.ru saytının məlumatına görə, dronun qalxa biləcəyi maksimal hündürlük 20 metr təşkil edir ki, bu da şəkillərin ən maraqlı rakurslardan çəkilməsinə imkan verir.
Dron xüsusi ödənişsiz proqramın köməyi ilə mobil telefonlar vasitəsilə Wi-Fi-la idarə olunur.