İnsanın immun sisteminin ətraflı “xəritəsini” təşkil etməyi planlaşdıran “Microsoft” şirkəti “Adaptive Diotechnologies” startapını alıb. “Xəritənin” köməyi ilə orqanizmdə baş verən bütün qeyri-normal dəyişiklikləri görmək və fiksasiya etmək mümkün olacaq. Bu, həkimlərə maksimal dəqiq diaqnoz qoymağa imkan verəcək.
Genomun sıralanması və bioinformatika ilə məşğul olan “Adaptive Biotechnologies” şirkəti öz tədqiqatlarını yeni səviyyəyə qaldırmaq üçün “Microsoft” ilə səylərini birləşdirib.
hi-news.ru saytının məlumatına görə, hər iki şirkətin mütəxəssisləri artıq insanın immun sistemini dərindən anlamağa kömək edə biləcək texnologiyaların konsepsiyasının hazırlanması üzərində işləməyə başlayıblar. Onlar iddia edirlər ki, “hər immun hüceyrəsi öyrəniləcək”. İnsan orqanizmində T-hüceyrələrinin əlaqəsini müəyyən edən, bu hüceyrələr və müxtəlif xəstəliklər arasında qarşılıqlı əlaqəni aşkar edən xüsusi süni intellekt alqoritmi əldə olunmuş məlumatları öyrənəcək. Bundan sonra isə, alim və həkimlərin öyrənə biləcəyi “xəritə” hazırlanacaq.
Gələcəkdə bu “xəritə” qanın erkən mərhələlərdə bütün patologiyalarını aşkar etməyə kömək edəcək universal analizini yaratmağa imkan verəcək.