Çində 3D-printerdə çap edilmiş dünyada ilk avtobus dayanacağı istifadəyə verilib.
Artıq 3D-çap texnologiyalarının bir çox sahələrdə tətbiqi geniş vüsət alıb. Niderlandda istifadəyə verilmiş üçölçülü printerdə çap olunmuş velosiped körpüsünün ardınca “WinSun Construction” şirkəti 3D-printerdə çap edilmiş avtobus dayanacağını təqdim edib.
popmech.ru saytının məlumatına görə, bu dayanacaq şirkətin Şanxay zavodunda bir gecə ərzində emal edilmiş tullantı materiallarından istifadə etməklə betondan hazırlanıb. Dayanacaq Fenszin (Szinşan rayonu, Şanxay) şəhərində, daha əvvəl avtobus dayanacağı əvəzinə yalnız nişanın olduğu əraziyə quraşdırılıb.