“Touch Innovation” şirkəti rəqəmsal videotəsvirlərin nümayişi üçün nəzərdə tutulmuş şəffaf sensor ekranı təqdim edib. O, MIDI-proqramların (Musical Instrument Digital Interface – musiqi alətlərinin rəqəmsal interfeysi) idarə edilməsi üçün çoxfunksiyalı “Emulator 2” proqram təminatı ilə təchiz edilib.
techcult.ru saytının məlumatına görə, şüşə korpusun davamı olan mail şəffaf ekran qurğunun əsasını təşkil edən proyektorun köməyilə 39 düymlük diaqonal üzrə yüksələn proyeksiyanı təmin edir. Ekran istənilən digər sensor ekran sistemindən daha parlaq işıqlanır. Proyeksiya sistemi eyni zamanda 10 toxunma nöqtəsini qeydə ala bilir.
“XG” 39 düymlük diaqonallı sensor ekran 2 versiyada hazırlanıb: inteqrasiya edilmiş kompüterlə və kompütersiz. “XG Pro”nun qiyməti 6895 dollar təşkil edir. “XG Life” qurğusunu isə 5999 dollara əldə etmək mümkündür. Qadcetin yanvarın sonunda satışa çıxarılacağı planlaşdırılır. İstehsalçıların fikrincə, “XG” xüsusilə diceylərin marağına səbəb olacaq. O, həmçinin muzeylər, nümayiş zalları, ticarət mərkəzləri və mehmanxanalarda öz tətbiqini tapacaq.