Texas Universitetinin Cənub-Qərb Tibbi Mərkəzinin tədqiqatçıları orqanizmə invaziv müdaxilə olmadan yüksək dəqiqliklə şişin tərkibi və aqressivliyini müəyyən etməyə imkan verən innovativ metodika hazırlayıblar.
hi-news.ru saytının məlumatına görə, şişin növünün müəyyən olunmasının yeni texnikası “multiparametrik MRT” (mpMRI) adlanır və maqnit-rezonans tomoqrafiyası texnologiyasından fərqli olaraq bir neçə daxili orqanın MRT-təsvirini qiymətləndirən xüsusi diaqnostik alqoritmi özündə ehtiva edir. Tədqiqat zamanı böyrəklər üzərində sınaqlar aparılıb. Alqoritm təsvirlərdə şişdə piyin mikroskopik yığıntıları, həmçinin T2-ardıcıllıq zamanı siqnalın intensivliyi daxil olmaqla bir çox amilləri aşkar edir.
Əlbəttə, bu metodika hələ ki, klassik biopsiyanı əvəz etmək imkanına malik deyil. Ehtimal ki, bu üsul bəzi hallarda biopsiyanın əlavəsi və ya alternativi olacaq. MpMRI-nin dəqiqliyi bu gün 80%-dən çox təşkil edir. Bu üsul pasiyentin bədənində kəsiklərin edilməsi, laparoskop və digər alətlər yeridilərək şişdən nümunələrin götürülməsi ehtiyacının olmaması baxımından xüsusilə faydalıdır.