İlk məsafədən enerjidoldurma qurğusu sertifikatlaşdırılıb 2018-01-04 10:56:00 / TEXNOLOJİ YENİLİKLƏR

ABŞ Federal Rabitə Komissiyası qadcetlər üçün ilk məsafədən enerjidoldurma qurğusunu sertifikatlaşdırıb. “Energous” startapı tərəfindən hazırlanmış “WattUP Mid Field Transmitter” qurğusu mobil cihazların 1 m məsafədən enerji ilə doldurulması üçün radiotezliklərdən istifadə edir. Sensor elektrik enerjisini sonradan uyğun qəbulediciyə malik qurğulara ötürülən radiotezliklərə çevirir.

techcult.ru saytının məlumatına görə, “Energous” simsiz enerjidoldurma qurğularının hazırlanması ilə məşğul olan ilk startap deyil. Bir sıra şirkətlər elektrik avtomobilləri üçün bu kimi sistemlərin yaradılması üzərində işləyir. Lakin “WattUP Mid Field Transmitter” Federal Rabitə Komissiyasının sertifikasiyasından keçən ilk qurğudur. O, eyni zamanda qəbulediciləri olan bir neçə qurğunu – telefon, planşet və digər “ağıllı” qadcetləri enerji ilə doldura bilər.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024