İlk Wi-Fi-tərcüməçi təqdim edilib 2017-12-28 17:30:00 / TEXNOLOJİ YENİLİKLƏR

Çinin onlayn tur operatoru “Seçen” və İnternet-şirkəti “Baidu” dili avtomatik müəyyən edə bilən ilk Wi-Fi-tərcüməçini təqdim ediblər.

belta.by saytının məlumatına görə, qurğu dünyanın qabaqcıl maşın tərcüməsi və nitqin avtomatik tanınması texnologiyası əsasında hazırlanıb. Onun köməyilə çinli turistlər əcnəbilərlə praktik olaraq, maneəsiz ünsiyyət saxlaya biləcəklər.

İlkin hesablamalara əsasən, çinlilər 2017-ci ildə xaricə 128 milyon dəfə səfər edəcəklər. Artıq onlar üçün xaricdə maneəsiz ünsiyyət qurmaq ehtiyacı daha da aktuallaşır.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024