Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2006-cı il tarixli Sərəncamı ilə hər il bu tarixdə rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü qeyd olunur.
6 dekabr Azərbaycanda ilk telefon xəttinin çəkilişi tarixinə təsadüf etdiyindən bu təqvim həm də rabitənin təşəkkülü kimi də təqvimə düşüb. Beləliklə, Azərbaycan rabitəsinin 136 illik tarixi inkişaf yolu vardır.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun kollektivi rabitə və informasiya texnologiyaları sahəsində çalışan bütün işçiləri peşə bayramları münasibətilə təbrik edir, onlara işlərində müvəffəqiyyətlər arzulayır.