Ətraf mühitin təmizliyi uğrunda mübarizədə “Apple” korporasiyası bir ilkə imza atmaq niyyətindədir. Belə ki, şirkət təbiətə ziyan vurmadan zamanla özüparçalanan iPhone və MacBook hazırlayacaq. Bunun üçün korporasiyanın rəhbərliyi qurğuların istehsalı zamanı biomateriallardan istifadə etməyi planlaşdırır.
vistanews.ru saytının məlumatında bildirilir ki, şirkətin mütəxəssisləri gələcəkdə qurğularda yalnız özü parçalana bilən komponentlərdən istifadə etməyi hədəfləyirlər. Həmçinin qadcetlərin yaradılması üçün tullantıdan istifadə etmək təklif edilir. Onlar əsas problemi “Apple” cihazlarının akkumulyatorlarında istifadə edilən zəhərli materialların əvəz edilməsində görürlər.
Qeyd edək ki, 2018-ci ildə “Apple” məşhur iPhone X smartfonunun üç variantını təqdim edəcək. Müxtəlif qiymət kateqoriyalarına aid ediləcək qadcetlər 5,8, 6,1 və 6,5 düym ölçülərində ekranlara malik olacaq.