Mühəndislər həkimlərə pasiyentə diaqnoz qoymaq üçün insanın fotosu üzrə onun xəstəliyini müəyyən etməyə imkan verən mobil proqram yaradıblar. Hazırda ixtisaslaşdırılmış mütəxəssislər tərəfindən yoxlanılan proqram müvəffəqiyyətli sınaqlardan sonra əlçatan olacaq.
dni24.com saytının məlumatına görə, “VisualDx” texnologiyası maşın təliminə əsaslanır. Beləliklə, proqram əsasında qoyulan alqoritm dəri örtüyünün təyininə görə mümkün diaqnozların siyahısını əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək.
Texnologiyanı hələ ki, xəstəliyin dəqiq təyini üçün tətbiq etmək olmaz. Çünki proqram pasiyentin sağlamlıq problemlərinin yalnız mümkün siyahısını tərtib edə bilir. Bu siyahı ilə tanış olmaq üçün istifadəçi öz fotosunu proqrama yükləməli və onu bu texnologiya üzrə skan etməli olacaq.