“IBM”şirkəti 50 kubitlik kvant prosessorlu kompüterin dünyada ilk prototipini hazırlayıb.
“IBM” şirkəti “Google” və digər nəhəng şirkətlərlə rəqabət şəraitində güclü kvant kompüterinin hazırlanması üzərində işlədiklərini elan edib.
Kvant hesablamaları və süni intellekt tədqiqatları üzrə bölmənin rəhbəri Dario Cilin bildirdiyinə görə, alimlər 50 kvantlıq prosessorun prototipini müvəffəqiyyətlə quraşdıraraq gücünü ölçüblər. D.Cilin sözlərinə görə, belə gücə malik kvant kompüteri dünyada ilkdir.
popmech.ru saytının məlumatında bildirilir ki, hələ inkişafının erkən mərhələsində olan kvant hesablamaları texnologiyaları müasir kompüterlərlə müqayisədə, hesablamaların daha sürətli aparılması üçün kvant fizikasının xüsusiyyətlərindən istifadə edir.