Rusiyanın mobil virtual reallıq bazarında proqram və aparat təminatının hazırlanması ilə məşğul olan “Fibrum” şirkəti onlayn alış-veriş üçün “AliExpress” və “Tmall” onlayn ticarət platformalarının 121 virtual mağazasını ümumi şəbəkəyə birləşdirib.
rueconomics.ru saytının məlumatına görə, test rejimində işləyən mağaza hələ ki, Rusiya Federasiyasının 11 şəhərində aktivdir. Layihə uğur əldə edərsə, yeni mağaza digər ölkələrdə də fəaliyyətə başlaya bilər. Virtual mağazanın əsas üstünlükləri alıcılar üçün rahatlıq və satıcılar üçün xidmətin xərclərinin daha az olmasıdır.
İstifadəçi planşet və ya smartfon vasitəsilə xüsusi proqramı yükləyərək virtual mağazaya daxil ola bilər. O, “Tmall” mağazaları kateqoriyasını seçərək oflayn mağazanın təsvirini izləyir. Məhsullara hər tərəfdən baxmaq, onların qiymətlərini öyrənmək və almaq mümkündür.
“Fibrum” cəmi iki il ərzində beynəlxalq bazara çıxıb. Şirkət “Skolkovo” və “AliExpress” startapları müsabiqəsində “Fibrum Pro” virtual reallıq şlemi sayəsində qalib olub. Şlemlər “AliExpress” platformasında yerləşdirilib.