Yaponiyanın “Epson” şirkəti pilotsuz uçuş aparatlarının idarə edilməsində bacarıqların artırılmasına kömək edən virtual simulyatoru nümayiş etdirib.
life.ru saytının məlumatına görə, qurğu əlavə reallıq texnologiyası vasitəsilə pultdan istifadə etməklə “DJI’s Mavic Pro” virtual kvadrokopterini idarə etməyə imkan verən “ağıllı” eynəkdən ibarətdir.
Virtual uçuş aparatının hərəkəti prototip modelin real parametrləri ilə tam uyğunluq təşkil edir. Proqram həm sərbəst uçuş rejimi, həm də müxtəlif mürəkkəb tapşırıqların yerinə yetirilməsinə yönələn mini-oyunlar təklif edir.