Fransanın Sadron İnstitutundan olan alimlər ASCII-kodda təqdim edilmişSequence sözünü uğurla kodlaşdıraraq, sonra isə sintetik polimerlərin ardıcıllığının köməyilə oxumağa nail olublar.
Beləliklə, onlar sübut ediblər ki, polimerlərin molekullarında informasiyanı saxlamaq mümkündür və bu məlumat adi sərt disklərlə müqayisədə 100 dəfə daha az yer tutacaq.
habrahabr.ru saytının məlumatına görə, informasiyanı polimerlərdə kodlaşdırmaq üçün fosfat qruplarına daxil olan monomerlərin (bitlərin) 2 müxtəlif növündən istifadə edilir. Birinci növ vahidi, ikinci növ isə sıfrı ifadə edir. Hər 8 monomerdən sonra baytı qeyd edən NO-C molekulyar ayırıcısı yerləşir.
İnformasiyanın şifrəsini açmaq üçün əvvəl hər bayt separatorun yerləşdiyi yerdə “ayrılır”. Bundan sonra monomerlərin arasındakı fosfat əlaqələri məhv edilir, monomerlər özləri isə mass-spektrometrin köməyilə eyniləşirlər.
Hazırda informasiyanı kodlaşdırmaq və oxumaq üçün bir neçə saat vaxt tələb olunur. Lakin alimlərin fikrincə, problem həll edilə bilər: bunun üçün polimerlərin sintezi və ardıcıllıqların analizini avtomatlaşdırmaq lazımdır.
İlk “molekulyar disketin” – daha böyük ölçülü molekulların yaradılması alimlərin növbəti hədəfidir. O, bir neçə kilobayt informasiyanı, məsələn mətnin səhifəsini saxlaya biləcək.
Qeyd edək ki, avropalı alimlərdən ibarət digər bir qrup da biokompüterlərin hazırlanması ilə məşğul olur. Onlar 5 ildən sonra miozin və kinezina zülalları əsasında yeni həlli təqdim etməyi planlaşdırır. O, kvant kompüterləri kimi, paralel hesablamalar prinsipi üzrə işləyəcək. İstehsalçılar bildiriblər ki, bu halda “zülali” kompüter məhsuldarlığına görə kvant maşınlarını üstələyəcək.
Lakin Sadron İnstitutundan olan tədqiqatçılar hesab edirlər ki, onların ixtirası daha çox kütləvi tətbiq üçün uyğundur, çünki sadə sintetik polimerlərlə işləmək, bioloji polimerlərlə işləməkdən daha asandır.