İlk İnternet virusunun 29 yaşı tamam olub 2017-11-02 16:30:00 / MARAQLI MƏLUMATLAR

2 noyabr 1988-ci ildə dünyada ilk dəfə İnternetdə virusun mövcudluğu barədə təsəvvür əldə edilib. Belə ki, həmin gün bir günə ABŞ ərazisində 6 min serverin – İnternetə qoşulan bütün kompüterlərin 10 faizinin işini iflic edən “Morris” adlı virus yaranıb. Virus “Unix” sistemli kompüterlərin “sendmail” və “fingerd” proqramlarının məlum boşluqlarından istifadə etməklə və mini-lüğətdən istifadəçi parollarını seçməklə onları yoluxdurub.   

Sonradan məlum olub ki, virusun müəllifi Kornell Universitetinin aspirantı Robert Morrisdir. O, bu əməli ABŞ Milli Təhlükəsizlik Agentliyində çalışan atasının təkidi ilə etdiyini etiraf edib. İlkin qiymətləndirməyə görə, virus 96,5 milyon dollar məbləğində ziyan vurub, buna baxmayaraq aspirant şərti cəza və kiçik məbləğdə cərimə ilə canını qurtara bilib.

ferra.ru saytının məlumatına görə, R.Morris kodda kiçik səhvə yol verərək proqramın öz-özünün dəfələrlə surətini çıxarmasına səbəb olmaqla yoluxmuş kompüter resurslarından tam istifadə edib.

Hazırda R.Morris Massaçussets Texnologiya İnstitutunun professorudur. Proqramın çıxış kodunun disketi Boston elmi muzeyində saxlanılır.

Qeyd etmək lazımdır ki, məhz ABŞ aliminin virusu sayəsində insanlar informasiya təhlükəsizliyi barəsində ciddi düşünməyə başlayıb, çoxmilyardlı antivirus proqramları bazarı təşəkkül tapıb.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024