Çinin “Koobee” şirkəti 80 meqapiksel təsvir ölçülü kameraya malik ilk smartfonu təqdim edib. İstehsalçılar təsvir ölçüsünün ciddi artımına yeni proqram təminatı sayəsində nail olublar. Xatırladaq ki, bundan əvvəl telefon kamerasının ən yüksək təsvir ölçüsü 41 meqapikselə çatırdı.
news.rambler.ru saytının məlumatına görə, yeni qadcet 2K ekran, 4 Qb əməli yaddaş və 64 bitlik 8 nüvəli prosessorla təchiz edilib. Unikal smartfonun qiyməti cəmi 270 dollar təşkil edir. Müqayisə üçün qeyd edək ki, bu məbləğə kameraları gözə çarpacaq dərəcədə zəif olan “Samsung Galaxy A5” və ya “iPhone 5S” smartfonlarını əldə etmək olar.