ABŞ-ın Kornell Universitetinin mühəndisləri proqramlaşdırılan sintetik dəri hazırlayıblar. Səkkizayaqlı ilbizlər və mürəkkəb balıqlarının yırtıcı heyvanlardan gizlənmək cəhdi zamanı və ya, əksinə, öz qurbanının ardınca getdiyi zamankı hərəkət etmə üsulu yeni materialın prototipi kimi tətbiq olunub. Alimlər müxtəlif üçölçülü formaları əldə etmək imkanına malik elastik, uzadıla bilən material əldə ediblər.
hi-news.ru saytınnı məlumatına görə, pnevmo idarəolunan material başıayaqlıların (sefalopod) təkcə öz rəngini dəyişdirməyə imkan verən piqmenti deyil, həmçinin sıxılmaq və dartılmağa kömək edən dəri hüceyrələrinə oxşar yaradılıb. Əzələ hidrostatı adlandırılan bu xüsusiyyət skelet dəstəyinə malik deyil. İnsanlarda buna oxşar struktur dildir. Tədqiqatçılar başıayaqlıların əzələ hidrostatını öyrənərək onun əsasında formasını dəyişən xüsusiyyətlə malik olan sintetik parça yaradıblar.
Sintetik dərinin yaradıcıları bildirirlər ki, onların hazırladığı material temperaturun ölçülməsinin lazım olduğu ekstremal vəziyyətlərdə faydalı ola bilər. Məsələn, materialın ikiölçülü forması işığı əks etdirmək, üçölçülü forması isə onu əks etdirməmək üçün proqramlaşdırıla bilər ki, bununla temperatur rejimini optimal səviyyəyə qədər nizama salmaq mümkündür.
Bu xüsusiyyət su və ya hava mühitiylə xüsusi qarşılıqlı təsir tələb olunduqda da faydalı ola bilər. Materialın müqavimət qabiliyyətinin ölçüsünün dəyişikliyi sürətin nizama salınması üçün istifadə oluna bilər.