Kanadanın Vaterloo Universitetinin mühəndisləri tərəfindən hazırlanmış kompüter alqoritmləri sürücülərin sükan arxasında mesaj yazdığını və ya digər yayındırıcı hərəkətlərlə məşğul olduğunu dəqiq aşkar etmək imkanına malikdir. Sistem normal göstəricilərdən yayınan əllərin hərəkətinin aşkar edilməsi üçün kameralardan və süni intellektdən istifadə edir. Ekspertlərin sözlərinə görə, bu tətbiq sürücülərin yayındığı barədə xəbərdarlıq etməklə yol hərəkətinin təhlükəsizliyinin yüksək səviyyyədə təmin olunması üçün istifadə oluna bilər.
aiportal.ru saytının məlumatına əsasən, yeni texnologiyaya əsaslanan alqoritmlər mətn mesajları, mobil telefonla danışıqlar və ya arxa oturacağa tərəf əyilərək oradan hər hansı bir əşyanın götürülməsi kimi hərəkətlərin tanınması üçün maşın təlimi metodlarından istifadə edir. Hərəkətin təhlükəsi onun icrası və bir sıra digər amillərin müddəti əsasında qiymətləndirilir.
Bu yenilik sürücünün sükan arxasında yatmağa başladığını göstərə bilən nişanların tanınması ilə bağlı daha öncəki tədqiqatlara əsaslanır. Başın və üzün vəziyyəti diqqətin yayınması barədə məlumat verən əhəmiyyətli siqnaldır. Cari tədqiqatlar bir neçə müxtəlif növ amilləri aşkar və emal etməyi, qiymətləndirməyi bir sistemdə birləşdirməyə yönəldilmişdir.