Hidrogen sistemi ilə işləyən pilotsuz yük platforması 2017-10-11 10:44:00 / MARAQLI MƏLUMATLAR

“General Motors”un (GM) istehsalçıları şirkətin pilotsuz yük platformalarının ölçülərini azaltmaq və digər göstəriciləri yaxşılaşdırmaq üçün kabinadan və bir neçə elementdən imtina ediblər. Baza modelində bütün bunların yerinə avtopilot proqramı ilə idarə olunan, dörd təkərli yük konteyneri ölçüsündə platformanı saxlayıblar. İstəkdən asılı olaraq, buraya kabin əlavə etmək, qapalı yük yeri ilə təchiz etmək və baza konstruksiyasına bir neçə modul əlavə etmək mümkündür.

Bu kimi avtomatlaşdırılmış yük maşınlarını təbii fəlakət ərazilərinə və qazıntılara tez çatmaq üçün, eləcə də sülh və hərbi məqsədlərlə mobil qəsəbələrin tikintisi zamanı və s. istifadə etmək olar. Bu avtomatlaşdırılmış platformalar, həmçinin liman və anbarlarda lazım olacaq.

hi-news.ru saytının məlumatına görə, SURUS adlı yenilik “Honda” avtokonserninin mütəxəssisləri ilə birgə hazırlanmış yeni hidrogen sistemi ilə işləyir. Bundan başqa, hər təkər şəxsi elektrik qurğusuna qoşulmuşdur. Buna görə də, zəruri hallarda platforma hidrogendən kiçik elektrik mühərrinə müstəqil keçə biləcək. Gələcəkdə istehsalçılar SURUS-da yalnız elektrik dartı qüvvəsini saxlamağı planlaşdırırlar. Lakin yeniliyi hələ ki, hibrid rejimində sınaqdan keçirirlər. Hazırda SURUS bir batareyası ilə təxminən 600 kilometr hərəkət etmək imkanına malikdir.

SURUS platforması yalnız yük daşımaları funksiyalarını yerinə yetirmir, həm də GM-a şəxsi pilotsuz tətbiqlərini sınaqdan keçirməyə kömək edir. Gələcəkdə konsern SURUS-u hərbi sahəyə tətbiq etməyə dair müqavilələr bağlamağa hazırlaşır, lakin dəqiq tarix və qiymətlər haqqında hələ ki, məlumat verilmir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024