Barmaq izi skanerini yanıldan barmaq yaradılıb 2017-09-28 14:09:00 / TEXNOLOJİ YENİLİKLƏR

Miçiqan Dövlət Universitetinin mühəndisləri məlumatların mühafizəsi qurğularını yanıldan yeni nəsil barmaq izi imitatorunu yaradıblar.

“Əsl dəri üçün tipik xüsusiyyətlər də daxil olmaqla, əsl barmağı təqlid etməsi bizim qurğumuzu unikal edir. Saxta barmaq insan barmağında olan mexaniki, optik və elektrikkeçirici xüsusiyyətlərə malikdir”, – deyə layihənin rəhbəri, biometriya üzrə mütəxəssis Anil Cayn bildirib.

futurist.ru saytının məlumatına görə, saxta barmaq öz rəqiblərini geridə qoyur. Belə ki, digər barmaq izi imitatorları insan barmağının yalnız bir və ya iki əlamətinə, Miçiqan Universitetinin mühəndislərinin ixtirası isə onun bütün əlamətlərinə malikdir. Qurğu barmaq izlərinin identifikasiyası sistemlərinin sınaqdan keçirilməsi və yaxşılaşdırılması üçün nəzərdə tutulub.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024