“Microsoft” şirkətinin həmtəsisçisi Bil Qeyts gərəksiz mürəkkəb kombinasiya olan Control+Alt+Delete üçün təəssüf hissi keçirdiyini bildirib. Bu klaviş Windows-a giriş və ya məsələlər dispetçerinin işə salınması üçün istifadə olunur.
Şirkət rəhbəri Bloomberg Global Business Forum-da bu ideyanın uğurlu olmadığını bildirib: “İnsanlar keçmişə qayıda və risk etmədən öz həyatında xırda şeyləri dəyişdirə bilmirlər. Lakin mənim imkanım olsaydı bu kombinasiyanı bir düyməylə əvəz edərdim”
hitech.vesti.ru saytının məlumatına görə, B.Qeyts əvvəllər də Control+Alt+Delete kombinasiyasının uğursuz olduğunu etiraf etmişdir. Onun sözlərinə görə, IBM üçün klaviaturanı layihələşdirən şəxs Windows-a bir düymə ilə daxil olmaqdan imtina edərək öz qərarını dəyişməmişdir. Bu səbəbdən biz sistemi aşağı səviyyədə proqramlaşdırmalı olmuşduq, bu, səhv idi.
Qeyd edək ki, Ctrl+Alt+Del kombinasiyasının müəllifi IBM-in mühəndisi Devid Bredlidir. Əvvəlcə klaviş fərdi kompüterlərin yenidən işə salınması üçün nəzərdə tutulmuşdur. Buna görə düymələr bir-birindən uzaq yerləşdirilmişdir ki, onlara bir əllə təsadüfən basmaq mümkün olmasın. Proqramçılar üçün nəzərdə tutulmuş bu komanda hazırda Windows-da ən məşhur klavişlərdən biridir.