AMEA İnformasiya Texnologiyaları İnstitutunun 16 saylı şöbəsində 2014-cü il ərzində yerinə yetirilmiş işlərin müzakirəsinə həsr olunmuş seminar keçirildi.
Şöbə müdiri Gülnarə Nəbibəyova şöbədə elmi-tədqiqat fəaliyyəti çərçivəsində görülmüş işlərdən danışdı. O, e-dövlətin formalaşması, terminoloji informatika problemləri, İnternet-medianın formalaşması və virtual məkanda Azərbaycan dilinin tətbiqi problemləri ilə əlaqədar aparılmış elmi araşdırmaların icra vəziyyəti haqqında məlumat verdi.
G.Nəbibəyova, həmçinin hesabat ili ərzində elmi-innovasiya, elmi-pedaqoji, elmi-təşkilati fəaliyyət, müxtəlif təyinatlı kitablar və e-nəşrlərin hazırlanması, elmi-texniki konfrans, seminar və simpoziumlarda iştirak və s. istiqamətlərdə yerinə yetirilmiş işləri diqqətə çatdırdı.
Sonda fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.