Yapışqan sualtı robot-casus təqdim edilib 2017-09-26 14:00:00 / MARAQLI MƏLUMATLAR

Hazırda okeanları müşahidə etmək üçün kifayət qədər böyükhəcmli robotlardan istifadə olunur. Pekin Universitetinin tədqiqatçıları dəniz heyvanına yapışan və onunla birlikdə səyahət edərək lazımlı məlumatlar toplayan robot hazırlayıblar.

Alimlər qrupunun rəhbəri Li Ven vurğulayır ki, bu halda “dəniz casusları” dəniz heyvanları və ekologiyaya heç bir zərər yetirmirlər. Bir çox digər ixtiralar kimi, bu, təbiətdən, xüsusilə remora balıqlarının həyatından ilhamlanıb. Bu kimi robotların əsas üstünlüyü ondan ibarətdir ki, onlara lazımi obyektləri uzun müddət müşahidə etmək lazım olmayacaq. Bunu yalnız bir dəfə etmək kifayət edəcək.

hi-news.ru saytının məlumatına görə, bu yumşaq “yastıq” formasına görə balığın üzgəcinə bənzəyir. Bu “yastıqda” onların vəziyyətini nizama salan, karbon lifindən hazırlanmış mindən çox kiçik tikan yerləşdirilib. Bu tikanlar remora balığının təbii versiyasını tamamilə təqlid edir və “daşıyıcıya” zərər yetirmir.

“Casus-balıqlar” qurğusu öz çəkisindən 340 dəfə çox çəkiyə tab gətirir. Alimlər iddia edirlər ki, bu kimi robotlar çox faydalı ola bilərlər: onlar dəniz sakinlərinin yerdəyişməsini izləyəcək, xəritəsini çəkəcək, dənizin nadir sakinlərinin yaşama yerlərini qeyd edəcək, o cümlədən yeni heyvan növlərini aşkara çıxaracaqlar.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024