Robot-stomatoloq ilk əməliyyatını edib 2017-09-26 16:24:00 / MARAQLI MƏLUMATLAR

Çində robot-stomatoloq tarixdə ilk dəfə olaraq, insanın iştirakı olmadan əməliyyat keçirib. 

Robot 3D-printerində hazırlanmış 2 ədəd dişi xəstənin ağzına uğurla implantasiya edib. Qurğu üçün mümkün səhvlərin yaranmasını tam aradan qaldıran proqram təminatı 5 ilə yaxın müddətə ərsəyə gəlib. Robot implantları 0,2-0,3 mm səhvlə qoyub ki, bu da, mütəxəssislərin bildiridiyinə görə, oxşar əməliyyatlar üçün standarta uyğundur.  

www.vesti.ru saytının məlumatına istinadən, proses ixtisaslı cərrahlar və digər tibb işçiləri tərəfindən izlənilsə də, robotun onların köməyinə ehtiyacı qalmayıb. Bir saat sonra Sian şəhərinin sakininə yeni dişlər qoyulub.

Qeyd edək ki, hazırda Çində stomatoloq xidmətlərinə ehtiyacı olan çoxlu insanlara rast gəlmək mümkündür, eyni zamanda bu ölkədə mütəxəssis çatışmazlığı müşahidə olunur. Yeni robotların bu problemi qismən də olsa, həll edəcəyi gözlənilir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024