İlk dəfə olaraq insan beyni birbaşa İnternetə qoşulub 2017-09-18 14:44:00 / MARAQLI MƏLUMATLAR

“Brainternet” layihəsi birbaşa yayım rejimində elektroensefaloqramın köməyilə insanın beyin fəallığı haqqında məlumatları şəbəkəyə çıxarır. İstifadəçi başına “Emotiv EEG” adlı qurğunu taxır. Qurğu “Raspberry Pi” mikrokompüteri vasitəsilə beyin dalğalarını tətbiqi proqram interfeysinə çevirir və onu portalda yerləşdirir. Burada hər kəs təcrübi fərdi beyin fəallığına baxa bilər.

futurist.ru saytının məlumatında bildirilir ki, “Brainternet” açıq portalı informasiya texnologiyaları mütəxəssisi Adam Pantanoviç tərəfindən yaradılıb. O, layihənin insan beyninin fəaliyyətinin dərk edilməsinin sadələşdirilməsi, həmçinin texnologiyaların inkişafına kömək edəcək məlumat bazasının yaradılması üçün nəzərdə tutulduğunu qeyd edib.

“Biz istifadəçi və onun beyni arasında interaktiv əlaqəni elə qurmaq istəyirik ki, insan ona stimul verərək cavabı görə bilsin. “Brainternet” tezliklə smartfon üçün proqram vasitəsilə məlumatların emalı funksiyasını əldə edəcək ki, bu da maşın təlimi üçün alqoritmləri təmin etməyə imkan verəcək. Biz gələcəkdə ikitərəfli əlaqə qura, yəni daxil olan və ötürülən siqnalları beyinə göndərə biləcəyik”, – deyə Pantanoviç bildirib.

Müəllifin sözlərinə görə, “Brainternet” real vaxt rejimində beyinin fəaliyyətini açıq şəkildə izləməyə imkan verən ilk layihədir. O, gələcəkdə insanı “Əşyaların İnterneti”nə birbaşa qoşa biləcək.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024