AzScienceNet elm kompüter şəbəkəsi Cloud Computing xidmətini təqdim edir 2014-10-22 09:17:51 / KONFRANSLAR

AzScienceNet elm kompüter şəbəkəsində istifadəyə verilmiş Cloud Computing (AzScienceCloud) xidməti böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb məsələlərin ən qısa zamanda həlli üçün virtual hesablama maşınlarını təqdim edir. AzCloud “infrastructure as a service” modeli əsasında, IBM SmartCloud Provisioning proqram təminatının bazasında qurulmuşdur. 

Cloud Computing aşağıdakı əməliyyat sistemlərini dəstəkləyir:

• Red Hat Enterprise Linux server v6.2 (64 bit)
• CentOS 5.5 (64 bit)
• Windows Server 2008 R2 Standard edition (64 bit)
• Windows 7 Professional (64 bit)

Qeyd edək ki, xidmət AMEA institut və təşkilatlarının əməkdaşları üçün ödənişsizdir.  

 Bu xidmət haqqında ətraflı məlumat almaq üçün AzScienceCloud keçidindən istifadə edə bilərsiniz.

Əlavə məlumat almaq üçün  tural.mustafayev@iit.ab.az ünvanına müraciət edə bilərsiniz. 

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020