Çində telekommunikasiya və internet şirkətləri, həmçinin domen adları provayderləri bütün təhlükələr haqqında hökümətə məlumat verməli olacaqlar.
Çin Xalq Respublikası hökuməti milli mərkəzləşdirilmiş, kiberhücumlar haqqında bütün informasiyanın toplanacağı məlumat bazası yaratmaq niyyətindədir. Bunun üçün telekommunikasiya və internet şirkətləri, həmçinin domen adları provayderləri bütün təhlükələr haqqında hökumətə məlumat təqdim etməli olacaqlar.
Çinin Sənaye və Məlumatlandırma Nazirliyinin fərmanına əsasən, əlaqə operatorları, biznes və dövlət orqanlarının nümayəndələri milli məlumat bazasına təhlükəsizlik hadisələri (troyanlardan istifadə ilə bağlı hücumlar, aparat təminatında zəifliklər və “zərərverici” IP-ünvanlarla bağlı məzmun) haqqında informasiya əlavə etməlidir.
securitylab.ru saytının məlumatına görə, platformanın yaradılması və təhlükələrin aradan qaldırılması üçün məsuliyyət nazirliyin üzərinə düşür. Fərman növbəti ilin 1 yanvar tarixindən qüvvəyə minir. Ona əməl edilmədiyi təqdirdə, əlaqə operatorları və şirkətlərə uyğun xəbərdarlıq və cərimələr tətbiq olunacaq.
Yeni qanun genişmiqyaslı infrastruktur və özəl sektorun kiberhücumlardan müdafiəsini təmin etmək üçün son zamanlar Çin hökuməti tərəfindən təşəbbüs edilən ciddi addımların açıq nümunəsidir.
Qeyd edək ki, cari ilin iyununda Çin hökuməti kiberməkanda fövqəladə vəziyyətlərə rəsmi olaraq münasibət bildirmək üçün ümummilli plan qəbul edib.