Robot-dirijor 2017-09-15 14:00:00 / MARAQLI MƏLUMATLAR

1-ci Beynəlxalq robot texnikası festivalının bağlanış mərasimində simfonik orkestrin konsertinə ilk dəfə olaraq robot dirijorluq edib. İsveçrənin “ABB” şirkətinin hazırladığı “YuMi” adlı robot bir əli ilə orkestri idarə edən çubuğu tutur, digər əli ilə dirijor kimi jestlər edir.

news.rambler.ru saytının məlumatına görə, robotun bir neçə pyes və musiqi əsəri yerinə yetirmək bacarığına maşın təlimi vasitəsilə nail olunub. Belə ki, dirijor Andrea Kolombini hərəkətləri göstərib, robot isə onları yadda saxlayıb və təkrarlayıb. İstehsalçıların sözlərinə görə, “YuMi” 2008-ci ildə Detroyt simfonik orkestrini idarə etməyə çalışan yapon robotu “Asimo”dan daha zərif robotdur. “Asimo”nun hərəkətləri məhdud idi. O, əllərini yuxarı və aşağı hərəkət etdirirdi. “YuMi” isə çox elastikdir və onun əlləri mənim əllərim qədər hərəkətliliyə malikdir”, – deyə Kolombini bildirib.

Robota notların öyrədilməsi kifayət qədər zəhmətli işdir. Belə ki, onun əsərin 6 dəqiqəsini yadda saxlaması üçün dirijor 17 saat sərf edib. Digər tərəfdən, dirijorun sözlərinə görə, robot improvizasiya edə və melodiyanı insan kimi hiss edə bilmir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024