İnformasiya Texnologiyaları İnstitutu ilə Belarus Milli Elmlər Akademiyasının Birləşdirilmiş İnformatika Problemləri İnstitutu arasında müqavilə imzalanıb 2014-10-08 09:22:35 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə Belarus Milli Elmlər Akademiyasının Birləşdirilmiş İnformatika Problemləri İnstitutu (BİPİ) arasında əməkdaşlıq əlaqələrinin qurulmasına dair müqavilə imzalanıb.

Əsas məqsəd elm və təhsil sahəsində beynəlxalq əməkdaşlığın inkişafına kömək etmək, müvafiq sahədə birgə konfrans, layihə və tədqiqatlarda iştirakı təmin etməkdir. Müqavilədə, həmçinin institutlar arasında kadr və təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur. Qeyd olunur ki, elmi-tədqiqat strategiyalarının hazırlanması və HORİZON-2020 kimi beynəlxalq qrant proqramlarında iştirak üzrə birgə fəaliyyət əsas hədəflərdəndir.

Qeyd edək ki, AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Təhmasib Fətəliyev Minsk şəhərində ezamiyyətdə olmuş və bu müddətdə BİPİ-nin baş direktoru, “İnformatika” jurnalının baş redaktoru, t.e.d., prof. Aleksandr Vasilyeviç Tuzikov ilə görüşmüşdür. Görüşdə iki qurum arasında əməkdaşlıq perspektivlərinin inkişafına dair müzakirələr aparılmış və sözügedən müqavilənin imzalanması qərara alınmışdır.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024