Düşüncənin gücü ilə musiqi bəstələmək mümkün olacaq 2017-09-12 16:23:00 / MARAQLI MƏLUMATLAR

İstehsalçılar düşüncənin gücü ilə musiqi bəstələməyə imkan verən neyrokompüter interfeysi yaradıblar.

rueconomics.ru saytının məlumatına görə, interfeys beyin siqnallarını koda çevirir. Bunun sayəsində kompüterlə siqnal mübadiləsi etmək mümkün olur. Bu, xüsusilə musiqi bəstələməyə imkan verir. Beyinin elektrik fəallığının qeydə alınması üçün insanın başına elektrodlarla təchiz edilmiş dəbilqə taxılır. İnterfeys P300 potensialı haqqında məlumatlardan istifadə edir. Bu elektrik reaksiyası insanın hər hansı koqnitiv məsələni yerinə yetirdiyi və ya xarici qıcıqlandırıcı ilə rastlaşdığı zaman yaranır. Sonra istifadəçi təqdim edilmiş cədvəldən lazımi not, akkord və fasilələri seçir.

Neyrointerfeysin sınaqlarında peşəkar bəstəkar və 18 nəfər könüllü iştirak edib. İştirakçılar üç tapşırıq yerinə yetiriblər. Birinci tapşırıqda neyrointerfeysin köməyilə söz yazmaq, ikincidə melodiyanı köçürmək, üçüncüdə isə musiqi fraqmentini sərbəst şəkildə bəstələmək və onu neyrointerfeys vasitəsilə yazmaq tələb olunub. Peşəkar bəstəkar tapşırıqların öhdəsindən daha yaxşı gəlib, lakin bütün iştirakçılar müvəffəqiyyətli nəticələrə nail olublar.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024