Smartfonun köməyilə ürəyin fəaliyyətini qiymətləndirmək mümkün olacaq 2017-09-12 15:30:00 / MARAQLI MƏLUMATLAR

ABŞ-ın Caltech İnstitutunun alimləri adi smartfonun köməyilə ürəyin fəaliyyətini qiymətləndirən proqram hazırlayıblar.

futurist.ru saytının məlumatına görə, xüsusi proqram smartfonun kamerasını diaqnostika üçün qadcetə çevirir. Onu 2 dəqiqə boyuna qoyub saxlamaq lazımdır. Bundan sonra kamera yuxu arteriyasından keçən qanın miqdarını və ürəyin fəaliyyətini qiymətləndirir.

Smartfondan istifadə zamanı yanlışlıq 19 faiz təşkil edib. Bu göstərici standart ultrasəs müayinə zamanı 20 faizə bərabərdir. Prosedur üçün smartfona 2 dəqiqə kifayət edir, exokardioqrafiya isə 30-60 dəqiqə davam edir. Sınaq zamanı “iPhone 5”dən istifadə edilsə də, həkimlər istənilən müasir smartfonun uyğun gələcəyini bildiriblər.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024