Alimlər insan bədəninin daxilindəki orqanları daha dəqiq çəkə bilən yeni kamera ixtira ediblər.
Bu cihaz həkimlərə, xəstənin daxili müayinəsi zamanı endoskop kimi tibbi avadanlıqları izləməyə imkan verir. Yeni yaradılmış kamera bədənin daxilinə yeridilən endoskopun uzun elastik çubuğunun əks etdiyi işıq şüalarını təyin edərək işləyir.
Şotlandiyanın Edinburq Universitetinin professoru Key Dhalival ( Key Dhaliwal) bildirib ki, bu cihazın müxtəlif sahələrə tətbiqi mümkün olcaqdır.
İlkin testlər göstərirki, prototip cihaz işıq izlərini izləməklə bədənin 20 santimetr daxilindəki toxumaları çəkə bilir.Həssas kamera həmçinin fotonlar adlanan işıq zərrəciklərinin toxumaların daxilindəki xırda izlərini izləmək qabiliyyətinə malikdir.