Qanda şəkərin analizi qeyri-invaziv üsulla yoxlanacaq 2017-09-05 14:50:00 / TEXNOLOJİ YENİLİKLƏR

Hər bir şəkərli diabet xəstəsi qlükozanın səviyyəsinin analizi məqsədilə barmaqdan qan götürmə prosesinin necə xoşagəlməz olduğunu bilir. Müasir qlükometrlər meydana gəlsə də, onların iş prinsipi elə əvvəlki kimidir. Nəzərə almaq lazımdır ki, şəkərli diabet qanda qlükozanın səviyyəsi ilə ölçülür, bu baxımdan barmaqdan qan götürmə üsulu qaçılmazdır.

Bunun üçün gün ərzində bəzən bir neçə dəfə barmaqları deşmək lazım gəlir. Xoşagəlməz prosedur olmaqla yanaşı, bu, həm də yaraların çətin sağalmasına səbəb olur və şəkərli diabet üçün yoluxma mənbəyi hesab olunur.

24gadget.ru saytının məlumatına görə, Britaniyaya məxsus “Glucowise” şirkəti bu problemin həlli ilə əlaqədar olaraq sensor texnologiyası əsasında yeni qlükometr hazırlayıblar. Qurğu qlükozanın səviyyəsini qeyri-invaziv üsulla (ağrısız, qansız) ölçə bilir.

Bu qurğunun düymələrini sadəcə baş və şəhadət barmaqların arasında sıxmaq lazımdır, 10 saniyədən sonra nəticə əldə olunacaq. Bundan başqa, qurğu məlumatları iOS və Android ilə işləyən proqramlara göndərəcək, həm də buludda saxlayacaq ki, bu da istənilən vaxt şəkərin səviyyəsində baş verən dəyişikliklərin dinamikasını izləməyə imkan verəcək.

Çox yığcam quruluşa və zərif dizayna malik qurğu diabet xəsətələrində heç bir kompleks yaratmayacaq. Yeni qlükometrin qiyməti hələ ki, məlum deyil.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024