“Dell” şirkətinin “Dell XPS 13” noutbuklar seriyası “Intel Kaby Lake-R” aparat platformasına malik modellərlə yenilənib.
İstifadəçilərə “Intel Core i7-8550U” (4 nüvə/8 axın, 1,8/4 QHs) və “Intel Core i5-8250U” (4 nüvə/8 axın, 1,6/3,4 QHs) prosessorları təklif ediləcək. 13 düymlük displeyin təsvir ölçüsü 3200x1800 piksel təşkil edir.
dailycomm.ru saytının məlumatına görə, versiyadan asılı olaraq noutbuk 16 Gb-dək əməli yaddaş və 512 Gb-dək sərtgövdəli daşıyıcılarla təchiz edilə bilər. Həmçinin 40 Gbit/s-dək ötürmə sürətinə malik “Thunderbolt 3” interfeysi və 2 ədəd “USB 3.1 Gen 2” (10 Gbit/s-dək) portu mövcuddur.
İstehsalçı bu modeli dünyada ən yığcam 13 düymlük noutbuk adlandırıb. Yeni çiplərdən istifadə sayəsində qurğunun məhsuldarlığı əvvəlki nəsil “Dell XPS 13” ilə müqayisədə, 40 faiz artıb. Aparatın çəkisi təxminən 1,22 kq təşkil edir.
Noutbuk 22 saat avtonom işləyə bilər, video izlədikdə və ya veb-sörfinq zamanı isə avtonom iş vaxtı 8-13 saat təşkil edir.
Qeyd edək ki, standart konfiqurasiyalı noutbukun qiyməti 1400 dollardır.