Uşaqlar üçün 3D-printer hazırlanıb 2017-09-05 11:00:00 / TEXNOLOJİ YENİLİKLƏR

“Toybox” adlı 3D-printer vasitəsilə uşaqlar oyuncaqlarını sərbəst şəkildə çap edəcəklər. “Indiegogo” platformasında satışa çıxarılmış 3D-printerdən istifadə olduqca sadədir. O, xüsusi baxım tələb etmir və yalnız hədəf auditoriyası üçün maraqlı deyil.

futurist.ru saytının məlumatına görə, “Toybox” zəhərsiz bioparçalanan plastik kütlənin 1,75 mm diametrə malik olan sapı ilə çap edir. Android və iOS üçün hazırlanmış proqramda oyuncaq, bəzək əşyaları və digər predmetlərin 500-dən çox modeli əlçatandır.

Kataloqa müntəzəm olaraq, yeni layihələr əlavə edilir. Həmçinin öz modelinin yaradılması və digər mənbələrdən hazır 3D-modellərin yüklənməsi mümkündür. Qurğu 5 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub. Lakin qoruyucu ekranlar olmadığından uşaqları çap prosesi zamanı “Toybox”la yalnız qoymaq olmaz.

Yeni 3D-printeri 2018-ci ilin yanvarında 250 dollara əldə etmək mümkün olacaq.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024