“Disney”də hazırlanmış süni intellekt mətnlərin keyfiyyətini qiymətləndirmə üsulunu öyrənib 2017-08-28 14:19:00 / MARAQLI MƏLUMATLAR

Böyük həcmli mətnləri oxumaq kifayət qədər əyləncəli olsada, həmçinin yorucu məşğuliyyətdir. “Disney” istehsalçıları bu işi süni intellektə həvalə etmək üçün mətnləri təhlil etmək və qiymətləndirmək imkanına malik alqoritm yaradıblar.

hi-news.ru saytının məlumatına görə, “Disney Research” komandası Bostonun (ABŞ) Massaçusets Universitetinin mütəxəssisləri ilə birgə təklif edilən mətni oxuyaraq onun nə qədər yaxşı olduğunu aydınlaşdıra bilən üç neyron şəbəkəsi yaradıblar. Neyron şəbəkələrdən biri tarixlərin ayrı-ayrı hissələrinin analizi ilə məşğul olur, ikincisi bütün bu hissələrin bir-biri ilə bağlılığını qiymətləndirir, üçüncüsü isə tam mətnə baxaraq onu qiymətləndirir.

Yeni tətbiq yüksək nəticələr göstərərək işin öhdəsindən primitiv analoqları ilə müqayisədə, 18 faiz daha yaxşı gəlib. İstehsalçıların sözlərinə görə, alqoritm tədricən oxuduğu əsərlərin mənasını anlamağı və onların keyfiyyətini qiymətləndirməyi öyrənir. Güman olunur ki, tezliklə alqoritm özü nağıl kitabçaları yazacacaq.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024