“Google” Niderlandda yeni datamərkəz tikəcək 2014-10-08 08:56:51 / KONFRANSLAR

Google” şirkəti Niderlandda yeni datamərkəzin tikintisinə təxminən 600 milyon dollar məbləğində investisiya qoymaq niyyətindədir. Layihə 4 il üçün nəzərdə tutulub. Datamərkəz şirkətin Avropadakı əməliyyatlarını əlaqələndirməlidir.

Qeyd edək ki, datamərkəz liman şəhəri olan İmşavenin yaxınlığında yerləşəcək. Məhz İmşavendə Avropa və Amerikanı birləşdirən transatlantik rabitə kanalı start götürür. Hazırda “Google”un sözügedən şəhər yaxınlığında bir datamərkəzi, həmçinin Belçika, Finlandiya və İrlandiyada datamərkəzləri vardır.

cybersecurity.ru saytının məlumatına görə, 2016-cı ildə start veriləcək yeni datamərkəzin tikintisinə 1000 nəfər cəlb ediləcək.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020