Sifətin tanınması alqoritmlərini yanıldan makiyaj 2017-08-22 14:23:00 / MARAQLI MƏLUMATLAR

“Yandeks” şirkətinin Texnologiyaların paylanması üzrə direktoru Qriqori Bakunov öz layihəsini təqdim edib. Bu, istifadəçinin üzünü sifətin tanınması sistemi tərəfindən identifikasiya olunmaqdan qoruyan unikal makiyaj layihəsidir.

novayagazeta.ru saytının məlumatına görə, texnologiyalar üzrə mütəxəssisin iştirak etdiyi komandanın layihəsi orijinal şəkil əsasında “anti-oxşarlıqlar” prinsipi üzrə yeni obraz seçən genetik alqoritmə əsaslanır. Sonra əldə olunmuş nəticə əsasında vizajist makiyajın planını qurub və o, modelin sifətinə vurulub. Sonda isə, sistemin effektivliyinə dair müxtəlif nəticələr alınıb.

Lakin istehsalçı layihəni ləğv etməyə qərar verib. Onun sözlərinə görə, bu addımı atmasında məqsəd layihənin müsbət əməllərdən çox mənfi əməllərə xidmət etmək üçün istifadə olunma ehtimalının daha böyük olmasıdır.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024