İnternetdə domen adları və zonaların verilməsini həyata keçirən ICANN təşkilatının prezidenti Fadi Şəhadə bu barədə məlumat verib
Cari ilin iyun ayında İngiltərənin paytaxtı Londonda 50-ci Beynəlxalq ICANN Konfrasının açılış mərasimi keçirilib. Tədbir internet şəbəkəsinin ünvan fəzasının inkişafı və onun IANA-funksiyaları ilə qlobal internet-cəmiyyətinə ötürülməsi məsələlərinə həsr edilmişdir.
info.nic.ru saytının məlumatına görə, 4 gün ərzində yeni yuxarı səviyyəli domenlərin dünya üzrə tanınması, IPv6 protokolunun genişlənməsi və regionlarda internetin nüfuzetmə planında dəstək proqramları ətrafında müzakirələr aparılıb.
Konfransa 70-dən çox ölkədən yüksək vəzifəli şəxslər, həmçinin 150 müstəqil təşkilatdan çoxsaylı nümayəndələr qatılıblar.
Tədbirdə giriş nitqi ilə çıxış edən ICANN-ın prezidenti Fadi Şəhadə konfrans iştirakçılarının ildən-ilə artdığını qeyd edərək bu görüşün indiyə kimi keçirilənlər arasında ən əhəmiyyətlisi olduğunu vurğulayıb.
Fade öz çıxışında bildirib ki, bu gün dünya əhalisinin 40%-i internetdən istifadə edir ki, onların yarısı Asiya qitəsində yaşayır. Hazırda 285 yuxarı səviyyəli milli domendən 36-sı çoxdillidir. Proqnozlara görə, 2020-ci ildə dünya əhalisinin 63%-i qlobal şəbəkə istifadəçisi olacaq. Şikət rəhbəri qeyd edib ki, yaxın gələcəkdə latın qrafikalı düzümə malik klaviaturalar azalacaq.
Rəsmi açılış ərəfəsində, həmçinin yuxarı səviyyəli coğrafi domenlərə (GeoTLDs) iddiaçı qrupun iclası keçirilib. İclasda New gTLD proqramı çərçivəsində dünya regionları və şəhərləri üçün domen zonalarının tətbiqini həyata keçirən təşkilat nümayəndələri iştirak ediblər. Buraya, xüsusən .МОСКВА və .MOSCOW, .PARIS, .BERLIN, .LONDON, .BARCELONA, .WIEN, .MADRID, .TIROL, .BRUSSELS, .AFRICA və digərləri aiddir.