“Apple” şirkəti istifadəçilərin səbirsizliklə gözlədiyi yeni iPhone 8 smartfon modelinin təqdimatını oktyabradək təxirə salıb.
vistanews.ru resursunun məlumatında bildirilir ki, bunun səbəbi kimi qurğunun hazırlanmasında proqram təminatının simsiz enerjidoldurmaya uyğun gəlməməsi ilə əlaqədar yaranan nasazlıqlardır. Şirkətin bir aylıq təxirə salma müddətinin modernləşdirmə və nasazlıqların aradan qaldırılması işlərinə sərf edəcəyi ehtimal olunur.
Bildirilir ki, bundan əvvəl yeni qurğunun avqustda ənənəvi təqdimatda nümayiş olunacağı planlaşdırılsa da, iPhone 8 əvəzinə, iPhone SE modelinin nümayişi gözlənilir.
Ekspertlərin iPhone 8 smartfonunun ümumiyyətlə buraxılmayacağını proqnozlaşdırmalarına baxmayaraq iPhone SE modelinin dünyada, xüsusilə Hindistan bazarında populyarlıq qazanacağı güman olunur.
iPhone SE smartfonunda edilən dəyişikliklər arasında yaddaş tutumunun artırılması, eləcə də qiymətinin ucuzlaşdırılması qeyd olunur. Qurğunun əvvəlki qiyməti 489 avro nəzərdə tutulsa da, hazırda 399 avroya endirilib.