27 iyun – 7 iyul tarixlərində İtaliyanın Triest şəhərində yerləşən Nəzəri Fizika Beynəlxalq Mərkəzində “Əşyaların İnterneti üçün açıq mənbəli həllər” mövzusunda seminar (Workshop on Open Source Solutions for the Internet of Things) keçirilib.
Seminarda AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov da iştirak edib.
Beynəlxalq Telekommunikasiya İttifaqı, İnternet Cəmiyyəti, RIPE Şəbəkə Koordinasiya Mərkəzi və “ACM SIGCOMM”un təşkilatçılığı ilə baş tutan tədbirdə Əşyaların İnternetinin texnoloji əsasları, təhlükəsizlik və standartlaşdırma məsələləri, hüquqi və etik aspektləri, tətbiq sahələri ilə bağlı məruzələr dinlənilib.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.