Zənginlər üçün sosial şəbəkə yaradılıb 2014-10-03 09:15:49 / KONFRANSLAR

İnternetdə “The Netropolitan Club” sosial şəbəkəsi işə salınıb. Bu şəbəkədən yalnız varlı insanlar istifadə edə bilər. Belə ki, qeydiyyatdan keçmək üçün 9 min dollar, bundan başqa, illik 3 min dollar ödəmək lazımdır.

lenta.ru saytının məlumatına görə, resursun yaradıcıları sosial şəbəkənin üzvləri haqda informasiyanın üçüncü şəxslərə verilməyəcəyinə dair söz veriblər. 21 yaşdan yuxarı şəxslər bu şəbəkənin iştirakçısı ola bilər. Bundan başqa, qeydiyyat zamanı həqiqi məlumatları daxil etmək tələb olunur.

Resursda reklam yerləşdirilməyəcək. Sosial şəbəkədə spam göndərilməsi qəti qadağandır.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023