Elmi şuranın növbəti iclası keçirildi 2017-06-22 17:45:00 / ELMİ İCLASLAR

R.Əliquliyev: “Elmi tədqiqatların aparılmasında İnternetdən səmərəli istifadə edilməlidir”.

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda Elmi şuranın növbəti iclası keçirildi. Öncə AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev tədbiri giriş sözü ilə açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırdı.  

Sonra Ümumi şöbənin müdiri Dinara Zeynalova 2017-ci ilin I yarısı üçün institut əməkdaşlarına verilmiş tapşırıqların icra vəziyyəti barədə məlumat verdi. O, tapşırıqlara əsasən, müxtəlif problemlərə həsr olunmuş elmi seminarların təşkili, elmi-praktiki konfransların keçirilməsi, aparılan araşdırmalarla bağlı icmalların hazırlanması və təqdim olunması, institutun doktorant və dissertantlarının dissertasiya işlərinin icra vəziyyəti, elmi tədqiqatların nəticələrinə dair məqalələrin hazırlanması və digər tapşırıqların yerinə yetirilməsi ilə bağlı məsələlərdən danışdı.

Akademik Rasim Əliquliyev çıxış edərək AMEA-nın 28 aprel 2017-ci il tarixli Ümumi yığıncağınının qərarının icrasından irəli gələn, institut qarşısına qoyulan vəzifələr haqqında danışdı. Bildirdi ki, institutun elmi fəaliyyətinin gücləndirilməsi üçün kompleks tədbirlər görülməli, elmi tədqiqatların aparılmasında İnternetdən səmərəli istifadə edilməlidir.

R.Əliquliyev elmi fəaliyyətdə proqramlaşdırma texnologiyalarının tətbiqi, proqram mühəndisliyi istiqamətində araşdırmaların dərinləşdirilməsi, institut əməkdaşlarının beynəlxalq proqramlarda və qrant layihələrdə iştirakı ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini tövsiyə etdi.  

Tədbirdə, həmçinin institutun struktur bölmələrinin 2017-ci il üçün yarımillik hesabatlarının keçirilməsi, qurumun magistrantlarının 2016-2017-ci tədris ili üzrə fəaliyyətləri və digər məsələlərə dair məlumatlar verildi.

Sonda məruzələr ətrafında geniş fikir mübadiləsi aparıldı, bir sıra təkliflər səsləndirildi.

Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024